Türkiyədə 4,9 ballıq zəlzələ
24 aprel 2018 05:41 (UTC +04:00)

Türkiyədə 4,9 ballıq zəlzələ

Türkiyənin şərq bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.


APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantəp şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar