Türkiyədə PKK daha 3 əsgəri şəhid edib - <span style="color:red;">YENİLƏNİB
19 avqust 2015 10:46 (UTC +04:00)

Türkiyədə PKK daha 3 əsgəri şəhid edib - YENİLƏNİB

0

Türkiyənin Diyarbəkir şəhərində PKK terrorçuları ilə baş verən atışmalarda şəhid sayının 3-ə qalxdığı bildirilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Lice qəsəbəsində dünəndən bəri terrorçularla mübarizə aparılır. Günün ilk yarısına qədər bir şəhid xəbəri yayılsa da, gecə saatlarında şəhid sayının 3-ə qalxdığı bildirilib. 

 

Türkiyənin Müdafiə Nazirliyi bu faktı təsdiqləyib.

**

20:34

 

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatın aparıldığı Diyarbəkir bölgəsinin rəhbərliyi və Türkiyə Baş Qərargahı faktı təsdiqləyib.

 

Əməliyyat zamanı terror qrupunun bir neçə üzvü zərərsizləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar