Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
"Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür”, deyə Ərdoğan qeyd edib.
O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını vurğulayıb.