Türkiyə Suriya valisi təyin edib
14 yanvar 2013 13:54 (UTC +04:00)

Türkiyə Suriya valisi təyin edib

Türkiyə hökuməti ölkədəki suriyalı qaçqınlarla bağlı vali təyin etdiyi rəsmən təsdiqlənib. 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hələ iki ay əvvəl bu posta Veysel Dalmaz təyin edilib.

Veysel Dalmaz Türkiyədə sayı 200 minə çatan, Qaziantep və Hatay kimi yerlərdə qurulan çadır düşərgələrində yaşayan suriyalı qaçqınların yerləşməsi, qidalanması və tibbi ehtiyaclarının qarşılanması ilə məşğuldur. O, bu istiqamətdə işləri Türkiyə hökuməti ilə koordinasiya şəklində həyata keçirir.

Qeyd edək ki, ilk dəfə Londonda yayımlanan “Şark-ul Avsat” qəzeti Türkiyənin suriyalı qaçqınlarla bağlı vali təyin etdiyini yazsa da, bu iddia rəsmən təsdiqlənməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1207
avatar

Oxşar yazılar