Türkiyə Şimali Koreyanın əmlakına həbs qoydu
23 mart 2017 23:13 (UTC +04:00)

Türkiyə Şimali Koreyanın əmlakına həbs qoydu

Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub. APA TV-nin məlumatına görə, qərar Nazirlər Kabinetinin toplantısında verilib.

 

Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.

 

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.

 

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar