Egey dənizində 4,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 18:53-də baş verən zəlzələnin episentri Çeşmə şəhəri yaxınlığında, ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, iyulun 20-də Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.