Türkiyə 2019-cu ildə Antarktikada elmi baza yaratmaq niyyətindədir.
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
R. T. Ərdoğan bildirib ki, Türkiyə 2019-cu ildə Antarktikada elmi bazası olan 30 ölkə sırasına daxil olacaq.