Türkiyə-Suriya sərhədində insident olub
28 aprel 2017 00:25 (UTC +04:00)

Türkiyə-Suriya sərhədində insident olub

Türkiyə-Suriya sərhədində insident olub. APA TV-nin məlumatına görə, Şanlıurfanın Akçakalə və Suruç qəsəbələri arasındakı əraziyə mərmilər atılıb.

 

Atəşin Ankaranın terror qruplaşmaları kimi tanıdığı PYD/YPG-nin nəzarətində olan Telabyad və Kobani bölgəsindən açıldığı qeyd olunur.

 

Cavab atəşi ilə qarşı tərəfin itki verdiyi, 3 terrorçunun öldürüldüyü bildirilir.

 

Mərmilərin düşdüyü ərazidə Türk Silahlı Qüvvələrinin hərbi texnikası və jandarma məntəqəsi olub.

 

Hadisədən sonra Türkiyə tərəfi bölgəyə əlavə hərbi qüvvə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar