Tunisin şimal-qərbində 56 nəfəri daşıyan turist avtobusu qəzaya uğrayıb.
Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, qəza nəticəsində azı 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Tunisin baş naziri Yusef Şahed daxili işlər, səhiyyə və nəqliyyat nazirlərinə xəsarət alanların müalicə üçün ehtiyacları olan hər şeylə təmin etmələrini tapşırıb.
"Shems FM" radiostansiyasını məlumatına əsasən, turist avtobusu idarəetməni itirərək 50 metr dərinliyində dərəyə aşıb.
"Nessma TV" telekanalı bildirir ki, xəsarət alanların 10-nun vəziyyəti ağırdır.