Ötən ilin aprelində Bostonda keçirilən marafonda terror törətməkdə təqsirli bilinən Coxar Tsarnayev bildirib ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda ticarət mərkəzindəki partlayışı “ABŞ hakimiyyəti təşkil edib”.
Lent.az-ın “İTAR –TASS”-a istinadən məlumatına görə, Boston məhkəməsində bunu onun yataqxanadakı otaq yoldaşı Endrü Dvinells bildirib. E.Dvinells Qazaxıstan vətəndaşı, tələbə Əzəmət Tajayakovun işi ilə bağlı dinləmədə müdafiə tərəfi kimi çıxış edir.
Dvinells deyib ki, Tsarnayevlə sentyabrın 11-i terror hadisəsi ilə bağlı sənədli filmə baxırmışlar. Bu vaxt Tsarnayev deyib ki, bu “sui-qəsdi ABŞ hökuməti təşkil edib”.