Trampla Putin nə vaxt görüşəcək?
26 iyul 2018 00:12 (UTC +04:00)

Trampla Putin nə vaxt görüşəcək?

ABŞ prezidenti Donald Tramp güman edir ki rusiyalı həmkarı Vladimir Putin ilə növbəti görüş Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra, 2019-cu ildə baş tuta bilər.

 

APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib.

 

“Razılaşdıq ki, prezident Putin ilə növbəti ikitərəfli görüş prokuror Müllerin araşdırması başa çatdıqdan sonra, yəni gələn ilin yanvarın 1-dən sonra gerçəkləşsin”, deyə C.Bolton bildirib.

 

Qeyd edək ki, iyulun 19-da D.Tramp Con Boltona Rusiya prezidentini Vaşinqtona dəvət etməyi tapşırıb.

 

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. O, Kremlin seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35