ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, Trampın müşavirləri hazırda rəsmi bəyanatın mətnini hazırlayırlar. Tramp və Pens arasında son günlər ərzində iki görüşün keçirildiyi bildirilir.
Tramp vitse-prezident postuna namizədinin adını rəsmi olaraq iyulun 15-də açıqlayacaq.