ABŞ-da “City Winery” adlı şərab şirkəti prezident Donald Trampın şərəfinə “Covfefe 2015 Red Blend” şərabını istehsal edib.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə şirkətin yaradıcısı və baş direktoru Maykl Dorf Tvitter mikrobloqunda yazıb.
Onun sözlərinə görə, bir şərab şüşəsinin qiyməti 37 dollardır. Onu Nyu-York, Kaliforniya, Florida və Vaşinqtondakı mağazalardan əldə etmək olar.
Dorf həmçinin qeyd edib ki, satışdan qazanılan gəlirin 20 faizi Vətəndaş Azadlıqlarının Müdafiəsi üzrə Amerika Birliyinə təqdim olunacaq.