ABŞ-ın İndianapolis şəhərində hava limanına yola düşən ABŞ prezidenti Donald Trampın korteji qəzaya düşüb.
Lent.az-ın “trend”ə istinadən xəbərinə görə, bu haqda Ağ evdə olan jurnalistlər xəbər verib.
Məlumata görə, Trampı hava limanına gedən yolda müşayiət edən motosikletlərdən biri idarəetməni itirərək qəzaya uğrayıb. Sürücü xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.