Tramp Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı
22 iyun 2017 03:17 (UTC +04:00)

Tramp Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı

0

ABŞ prezidenti Donald Tramp  Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Ötən ilin dekabrında ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi  olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var. Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, “Air Koryo” aviaşirkəti, “Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar