ABŞ prezidenti Donald Tramp miqrantları təhqir edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp qaçqınlar barəsində “iyrənc ölkələrdən gəlirlər” ifadəsini işlədib.
“(Latin Amerikası və Afrikanı nəzərdə tutaraq-red) Niyə bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik”,- deyə ABŞ prezidenti bildirib.
Cənubi Karolina senatoru Lindsey Qraham və İllinois senatoru Dik Dubrik Trampın “Green Card”ın ləğv edilməsi və miqrant qəbulunun yekunlaşdırılması mövzusunu yenidən qaldırdığını da vurğulayıblar.