Tramp Merkelin miqrasiya siyasətindən danışdı
16 yanvar 2017 04:50 (UTC +04:00)

Tramp Merkelin miqrasiya siyasətindən danışdı

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

 

APA-nın xəbərinə görə, bu barədə D.Tramp “Time” qəzetinə müsahibəsində deyib.

 

“Mən onunla şəxsən tanış deyiləm. Düşünürəm ki, Merkel böyük siyasətçidir. Buna baxmayaraq hesab edirəm ki, Merkel miqrantları ölkəyə buraxmaqla  fəlakətli səhvə yol verib”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, 2015-ci ildə Almaniyaya 890 min miqrant gəlib. 2016-ci ildə 280 min miqrant Almaniyada sığınacaq almaq üçün ölkənin Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar