Tramp Kubanı təbrik etdi
21 may 2017 01:24 (UTC +04:00)

Tramp Kubanı təbrik etdi

0

ABŞ prezidenti Donald Tramp yazılı bəyanatda Kubanı və kubalıların ABŞ-dakı diasporunu Müstəqillik Günü münasibəti ilə təbrik edib.  

 

Təbrik məktubunda Tramp qeyd edib ki, amerikalı və kubalılar özünüidarəetmə, ləyaqət və azadlıq prinsiplərinə sadiqdirlər.

 

 “Kuba sakinləri demokratik dəyərləri, iqtisadi, dini azadlıqları və insan haqlarını dinc yolla təmin edən hökumətə layiqdirlər. Mənim administrasiyam bunlara nail olmaqda maraqlıdır”, - deyə bəyanatda qeyd  olunur.  

 

Tramp kubalıların ədəbiyyat, incəsənət, idman, biznes, məhkəmə sistemi, Konqres, prezident administrasiyası və hərbi qurumlarda meksikalıların nailiyyətlərini xüsusi qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar