Tramp ətraf mühitə dair vəd verdi
02 iyun 2017 05:53 (UTC +04:00)

Tramp ətraf mühitə dair vəd verdi

0

ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri olaraq qalacaq.  APA-nın “RİA Novosti”yə istinadın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

 

“ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək, mən bunu təmin etməyə çalışacan”, - deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.  

 

“ABŞ, Tramp administrasiyası dövründə də dünyanın ən təmiz və ətraf mühitə xeyirxahcasına   yanaşan ölkə olaraq qalacaq”, - deyə o bildirib və ölkədə sürətli iqtisadi artımın təmin ediləcəyini vəd edib.

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar