Tramp Avropa İttifaqından şikayətlənib
28 yanvar 2018 13:38 (UTC +04:00)

Tramp Avropa İttifaqından şikayətlənib

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə bir çox məsələlərdə problemin olduğunu bəyan edib.

 

APA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, D. Tramp bu problemin əsasən ticarətlə bağlı olduğunu bildirib.

 

D. Tramp deyib ki, Brüssel ticarət məsələsində Vaşinqtona qarşı haqsızlıq edir: "ABŞ mallarının Avropa İttifaqı bazarına daxil olması çox mürəkkəb prosedurlardan keçir. Ancaq Avropa İttifaqı öz mallarını vergisiz, çox kiçik vergi müqabilində ABŞ-a göndərir. Bu, haqsız yanaşmadır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

APA Baycan

Oxşar yazılar