ABŞ prezidenti Donald Tramp yeni danışıqlara başlayacağını və ya ABŞ-ın maraqlarına cavab verməyən bütün sazişləri ləğv edəcəyini vəd edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bunu hakimiyyətdə olmasının 100 günü münasibəti ilə Pensilvaniyada tərəfdarlarının keçirdiyi mitinqdə deyib.
Tramp, Meksika və Kanada ilə imzalanmış azad ticarət sazişinə (NAFTA) dair yeni danışıqlar aparacağını vəd edib: “Bu hamı üçün yaxşı olacaq”.
“Əgər biz şirkətlərimiz və işçilərimiz üçün yaxşı saziş əldə etməsək, NAFTA-nı dayandıracağıq”, - deyə Tramp qeyd edib.
Prezident həmçinin Trans Sakit Okean Tərəfdaşlığı (TTP) sazişinin də “dəhşətli və fəlakətli” adlandırıb. Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın razılaşmanı tərk edəcəyini bəyan edib.