ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.
“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib. “Facebook” mənim yox, onun tərəfindəydi!”, - deyə D.Tramp qeyd edib.
Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib.