Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi xəbər verib.
“Hələ ki, hər hansı görüşün keçirilməsi nəzərdə tutulmayıb”, deyə D.Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Kommersant” qəzəti iki ölkənin rəsmi mənbələrinə istinadən mayda Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.