Amerikalılar Rusiya ilə yaxşı münasibətlərin olmasını istəyirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson brifinqdə bildirib.
“Mən düşünmürəm ki, amerikalılar böyük nüvə ölkəsi ilə münasibətlərin pis olmasını istəyirlər. Amma hesab edirəm ki, onların qanı qaralıb və bir çox şey bu narahatçılığı biruzə verir. Biz Rusiya ilə münasibətlərin yaxşılaşmasını görmürük. Bunu çox görmək istərdik”, - deyə Tillerson qeyd edib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi ilə ilk görüşləri zamanı Vaşinqtonun əlaqələrin bərpası istiqamətində çalışmağa hazır olduğunu bildirib.
Mən prezident Putinə də.... XİN rəhbəri Sergey Lavrova da dəfələrlə demişəm: “Vəziyyət pisdir, inanın ki, daha da pis ola bilər. Daha doğrusu, bu artıq baş verib”, - deyə Lena qeyd edib.