ABŞ-ın Texas ştatında tibbi yardım təyyarəsi qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Nyu Meksiko şəhərinə uçan bir mühərrikli təyyarə Amarillo hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin məxsus olduğu “Rico Aviation” aviaşirkətdən ölənlərin hamısının ekipaj üzvü olduğu bildirilib. Qəzanın səbəbləri açıqlanmır.
Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var
214