Təbriz yaxınlığında zəlzələ
16 aprel 2018 06:05 (UTC +04:00)

Təbriz yaxınlığında zəlzələ

0

İranın Şərqi Azərbaycan vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

 

Yerli vaxtla saat 04:32-də qeydə alınan yeraltı təkanların episentri Təbriz şəhərindən 83 km şimal-qərbdə, ocağı  5 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar