Türkiyədə tanınmış aktrisa Cansu Dərənin qardaşına silahlı hücum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın qardaşı Arda Dərə silahı insident zamanı ayağından güllə yarası alıb. Hadisə gecə saatlarında İstanbulun Kısıkköy adlanan ərazisində baş verib. A.Dərənin pul söhbətinə görə güllələndiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır. Aktrisanın qardaşının Hakan adlı şəxs tərəfindən vurulduğu bildirilir.