Suriyadakı koalisiyadan Rusiyaya qarşı ittiham
17 sentyabr 2017 07:57 (UTC +04:00)

Suriyadakı koalisiyadan Rusiyaya qarşı ittiham

0

 

 

 

İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rusiyanı “Suriya Demokratik Qüvvələri” (SDQ) adlandırılan müxalif qüvvələrinə aviazərbələr endirməkdə ittiham edib. APA-nın xəbərinə görə, bu barədə   koalisiyanın bəyanatında bildirilir.   

 

“Sentyabrın 16-da Qrinviç vaxtı ilə təxminən 12.30-da Rusiya qüvvələri Deyr əz-Zor şəhəri yaxınlığına aviazərbə endiriblər. Nəticədə koalisiyadakı tərəfdaş qüvvələrin döyüşçüləri yaralanıb”, - deyə koalisiyanın bəyanatında bildirilir.

 

Bəzi mənbələr zərbə nəticəsində 6 SDQ silahlısının yaralandığını bildirib.

 

Moskva aviazərbənin endirilməsi ilə bağlı qərarlar kəşfiyyat məlumatları dəqiq yoxlandıqdan sonra verilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar