Bu ilin iyulunda Suriyada islamçı sayılan qrup tərəfindən oğurlanan polşalı jurnalist Marçin Suder oktyabrın 31-də sağ-salamat evinə dönüb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu il iyulun 24-də o, Suriyanın şimal-qərbində İdlib əyalətinin Sarakib şəhərində müxalifətin mətbuat xidmətinin ofisindən oğurlanmışdı. O, Suriyaya «Studio Melon» fotoagentliyinin fotomüxbiri kimi ezam olunubmuş.
Jurnalistləri Müdafiə Komitəsi Suriyanın jurnalistlər üçün ən təhlükəli yer adlandırır. 2012-ci ildə bu ölkədə 39 jurnalist öldürülüb, 21 –i isə oğurlanıb.