Suriyada mühasirədə 500 min uşaq yaşayır
27 noyabr 2016 08:14 (UTC +04:00)

Suriyada mühasirədə 500 min uşaq yaşayır

Suriyada mühasirəyə alınan şəhərlərdə humanitar yardımlardan tamamilə kənarda qalmış 500 minədək uşaq yaşayır.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan (UNİCEF) bildirib.

 

“Mühasirədə yüz minlərlə uşaq yaşayır. Onlar həlak olur, yaralanır, məktəbə getməyə və oynamaq üçün küçəyə çıxmağa qorxurlar, minimal qidadan və tibb xidmətlərindən məhrumdurlar”, - deyə UNİCEF-in icraçı direktoru Entoni Leyka bildirib.        

 

UNİCEF-in son məlumatına görə, Suriyada mühasirəyə alınmış 16  şəhərdə 500 minədək uşaq yaşayır. Onlardan 100 mini şərqi Hələbdə yaşayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar