Suriya hökuməti və müxalifət təcili ölkədə sülhməramlıların yerləşdirilməsinə razılıq verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dəməşqdə mətbuat konfransı keçirən BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Lahdar Brahimi bəyan edib.
Bununla belə, o, Suriyada sülhməramlıların yerləşdirilməsi barədə yekun razılaşmanın əldə olunmadığını da qeyd edib: “Xoşbəxtlikdən tərəflər bu sülhməramlıların lazım olduğu ilə razıdır. Suriyada istənilən missiyanın yerləşməsi üçün BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır”.
Lahdar Brahimi bildirib ki, sülhməramlıların yerləşdirilməsindən sonra tezliklə parlament, yaxud prezident seçkilərini keçirəcək keçid hökuməti formalaşdırılmalıdır. O, suriyalıları keçid dövründə dövlət institutlarının dağılmasına yol verməməyə çağırıb.