Suriyada dörd Rusiya hərbçisi həlak olub.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.