Səudiyyə Ərəbistanı İordaniyaya suriyalı qaçqınlar üçün 10 milyon dollarlıq humanitar yardım göndərib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, qışın sərt keçməsi bu ölkəyə sığınan suriyalıların vəziyyətini daha da ağırlaşdırıb. İlkin olaraq, İordaniyaya yorğan, döşək və başqa bu kimi avadanlıq göndərilib.
30 mində çox qaçqın əsasən ölkənin Zaatari rayonunda yerləşdirilib. Leysan yağışlar nəticəsində yüzlərlə çadır su altında qalıb. Suriyalılar vaqonlara yerləşdirilsə də bunun da çatışmazlığı bildirilib.
Soyuq, şaxtalı hava şəraiti ucbatından Türkiyə, Livan, İordaniya və Fələstində 17 qaçqın həlak olub. Bundan başqa havaların kəskin şəkildə dəyişməsi Suriya ərazisindəki 600 min qaçqının da həyat şəraitini dözülməz edib.