Süleyman Kərimov Fransaya 750 milyon avro gətirməkdə günahlandırılır
04 dekabr 2017 23:36 (UTC +04:00)

Süleyman Kərimov Fransaya 750 milyon avro gətirməkdə günahlandırılır

Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransaya qeyri-qanuni yolla 750 milyon avroya qədər pul gətirməkdə günahlandırılır.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nitsa şəhərinin prokuroru Jan-Mişel Pretr bəyan edib.

 

“Fransaya 500 milyondan 750 milyonadək nağd pul gətirilib. Məqsəd çirkli pulların yuyulması olub. Süleyman Kərimov vergi orqanlarını Fransaya keçirdiyi milyonlarla avro barədə məlumatlandırmağı unudub. Söhbət yalnız nağd pullardan deyil, həmçinin bir hesabdan digərinə pul köçürmələrindən də gedir”, deyə J-M.Pretr bildirib.

 

S.Kərimov noyabrın 20-də Nitsa hava limanında saxlanılıb, sonra isə 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.  "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar