Su ayısını 30 il sonra canlandırdılar
19 yanvar 2016 06:06 (UTC +04:00)

Su ayısını 30 il sonra canlandırdılar

Yapon alimlər Su ayısı adlı bir mikroskopik canlını -20 dərəcə temperaturda dondurduqdan 30 il sonra yenidən canlandırmağı bacarıblar.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Antarktidada yaşayan su ayısı bir çox canlı üçün  yaşamağın mümkün olmadığı şəraitdə yaşadığı üçün “ekstremofil canlı” olaraq tanınır.

 

Bu canlılar çox məcbur olmadıqları zaman hərəkət etmirlər və bəzən özlərini dayandırırlar. Alimlər daha əvvəl də onurğasız canlıları 9 il dondurub, sonra canlandırmışdılar. Lakin 30 il rekord müddət hesab edilir. “Ekstremofil canlı”ların gizli həyatı haqqında məlumatlar əldə etməyə ümidlənən alimlər araşdırmanın nəticələrini “Cryobiology” adlı jurnalda çap ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar