Fransanın Strasburq şəhərində bomba qoyulması barədə məlumata görə Kleber meydanından insanlar təxliyə edib.
APA-nın xəbərinə görə, anonim zəng “AFP” agentliyinə edilib. Agentliyin əməkdaşları həmçinin təxliyə olunub.
Məlumata əsasən, Kleber meydanında bütün mağazalar bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.