Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək
25 aprel 2017 04:38 (UTC +04:00)

Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək

Fransa prezidentliyinə namizəd, “En Marche”  Hərakatının lideri Emmanuel Makron ikinci tur prezident seçkilərində qalib gələcək.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi “Elabe” şirkətinin keçirdiyi rəy sorğusuna istinadən xəbər verib.

 

Proqnozlara əsasən, E.Makron 64% səs topladığı halda, onun rəqibi “Milli Cəbhə” lideri Marin Le Pen 36%-la kifayətlənməli olacaq.  39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.

 

Sorğu aprelin 24-də keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Oxşar yazılar