Silahlılar Liviyanın paytaxtını ələ keçirib. Lent.az-ın məlumatına görə, Tripolidə bir neçə nazirlik binasını zəbt edən silahlılar, şəhərə giriş-çıxışı qadağan ediblər. Hazırda Tripoli silahlılar tərəfindən idarə olunur. Liviya hakimiyyəti isə ölkənin şərqinə, Tobruk şəhərinə çəkilib.
Qeyd edək ki, ötən həftə Liviyada ABŞ-nın səfirliyi “Liviyanın sabahı” adlı silahlı qruplar tərəfindən zəbt olunmuşdu.