Nigeriyanın şimalında naməlum silahlılar iki Almaniya vətəndaşını oğurlayıblar.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kaduna ştatının polis rəsmisi bildirib.
Arxeoloji ekspedisiyanın rəhbəri və daha bir şəxsi oğurlayan silahlılar onların həmkarları olan 2 qadını sərbəst buraxıblar.
Hələlik hadisənin arxasında kimlərin dayandığı və onların tələbləri məlum deyil.
Məlumata görə, Frankfurt universitetindən olan bir qrup alım Nok sivilizasiyasının qalıqlarını öyrənirmiş.