ABŞ prezidentinin odlu hücum silahı gəzdirilməsini məhdudlaşdırmaq istəyi birmənalı qarşılanmayıb.
Lent.az-ın «
Həmin görüntülərdə prezident «ikiüzlülükdə» suçlandırılıb. Orada Barak Obamanın qızlarının qorunmasından bəhs olunub.
Kiçik həcmli bu «film»də kadr arxası səs soruşur:«Prezidentin uşaqları sizinkilərdən önəmlidir?»
Görüntü müəllifləri Obamanı «ikiüzlülükdə» suçlayaraq, bildiriblər ki, prezidentin övladları xüsusi təyinatlılar tərəfindən qorunduğu halda o, şagirdləri qorumaq üçün hər məktəbə hərbçilərin buraxılması ilə bağlı assosiasiyanın irəli sürüdüyü təklifi rədd edir.
Videonun müəllifləri Ağ evin bu addımını «iyrənc və qorxaq» adlandırıb.