Rusiyanın Şərqi Sibir regionunun ən böyük şəhərlərindən olan Novokuznetskdə Heydər Əliyev adına Dostluq Xiyabanı yaradılacaq. Lent.az-ın novokuznetsk.ru-ya istinadən məlumatına görə, xiyaban şəhərin mərkəzində, Qrdini küçəsi həndəvərində salınacaq.
Məlumata görə, artıq şəhər rəhbərliyi bu barədə qərar verib.