Səudiyyə şahzadəsi insan alverində suçlanır
11 iyul 2013 22:41 (UTC +04:00)

Səudiyyə şahzadəsi insan alverində suçlanır

ABŞ-ın Kaliforniya ştatının Orinc dairəsinin hakimiyyəti Səudiyyə Ərəbistanının şahzadəsi Meşael Alaybanı insan alverində ittiham edib.

 

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, 42 yaşlı Alayban səudiyyə şahzadəsi Əbdül Rəhman bin- Nasir bin -Əbdül Əziz əl-Səudun arvadlarından biridir.

 

Şahzadə ABŞ-ın qərbində İrvayn şəhərində həbs edilib. Polis Keniyadan olan ev xidmətçisinin müraciəti əsasında cinayətin üstünü açıb. Xidmətçi asayiş keşikçilərinə bildirib ki, səudiyyə şahzadəsi onu iradəsinin əksinə evdə saxlayır.

 

Zərərçəkən keniyalı qadın deyib ki, 2012-ci ildə onu SƏudiyyə Ərəbistanına aparıblar və orada pasportunu əlindən alıblar. Xidmətçi qadının sözlərinə görə, ona vəd olunduğundan az əmək haqqı verildiyindən o, heç yerə gedə bilməyi b.

 

Alayban məhkəməyə gəlməyib. Vəkili bildirib ki, bu adi əmək mübahisəsidir və müştərisi varlı olduğundan 5 milyon dollar məbləğində girov tələb edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar