Səudiyyə Ərəbistanının hakimiyyəti misirli hüquq müdafiəçisi Əhməd əl-Qizaviyə 5 il iş kəsib, 300 şallaq zərbəsi ilə cəzalandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,o, «narkotik maddələrin qaçaqmalçılığında» ittiham olunub. Bu haqda məlumatı əl-Qizavinin keçmiş vəkili açıqlama verib.
Səudiyyə Ərəbistanı rəsmiləri bu faktı təsdiqləyərək, bildirib ki, Misir vətəndaşı krallıq ərazisinə narkotik vasitələrlə eyniləşdirilən, güclü yuxugətirici «Ksanaks» gətirib.
Əl-Qizaviyə qarşı bu hökmün çıxarılmasının rəsmi Ər-Riyadla Qahirə arasında problem yaradacağı da iddia edilir.
Onu da xatırladaq ki, hələ ötən ilin aprelində Misir paytaxtında hüquq müdafiəçisinin saxlanılmasına etiraz aksiyası keçirilmişdi. Onda krallıq cavab tədbiri kimi Misirdəki səfirini «məsləhətləşmək üçün» ölkəyə çağırmışdı.