Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan növbəti ballistik raketi vurub.
APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, raket Hamis-Muşayt şəhəri yaxınlığında vurulub.
Bundan əvvəl noyabrın 4-də Səudiyyə hərbçiləri Yəməndən Ər-Riyad hava limanı istiqamətində atılan ballistik raketi vurub.
Ümumilikdə, Yəməndə 2014-cü ildən davam edən münaqişə dövründə bu ölkədən Səudiyyə Ərəbistanı ərazisinə 78 ballistik raket atılıb.