Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat etdi
04 may 2017 06:19 (UTC +04:00)

Səudiyyə Ərəbistanı kralının böyük qardaşı vəfat etdi

0

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun böyük qardaşı Mişal bin Əbdüləziz 91 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə “Arab News” qəzeti xəbər verib.

 

Şahzadə Mişal bin Əbdüləziz 1926-cı ildə anadan olub. O, Səudiyyə Ərəbistanının birinci kralı Əbdül Əzis Əl Saudun 14-cü oğlu olub. Ötən əsrin 40-50-ci illərində Mişal bin Əbdüləziz müdafiə nazirinin müavini, müdafiə naziri vəzifələrində çalışıb. 60-cı illərdə isə Məkkənin qubernatoru olub.

 

2009-cu ildən etibarən siyasətdən uzaqlaşan Mişal bin Əbdüləziz  Məkkədə dəfn olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar