Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cubeyr ABŞ-ı Yerusəlimi İsrailin paytaxtı tanınması və Amerika səfirliyinin Təl Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərarını dəyişməyə çağırıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Adil Əl Cubeyr bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bildirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət problemin həlli istiqamətində səyləri aktivləşdirməlidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdaşlarından biridir.