ABŞ-ın Lusivill şəhərinin hava limanındakı sərnişinlər “Samsung” cihazında yaranan nasazlığa görə təyyarədən təxliyyə olunublar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə konkret olaraq hansı “Samsung” modelinin səbəb olduğu açıqlanmayıb.
Öz-özünə qızmağa başlayan cihaz tüstüləyib. Nəticədə Baltimor şəhərinə uçmalı olan təyyarədəki 75 sənişin təxliyyə olunub.
Qeyd edək ki, ABŞ-da təyyarələrin göyərtəsində Samsumg Galaxy Note 7-nin istifadəsi qadağan olunub.