Seyfullah Saipov terrorçuluqda ittiham olundu
02 noyabr 2017 02:45 (UTC +04:00)

Seyfullah Saipov terrorçuluqda ittiham olundu

0

Nyu-Yorkda terror aktı törədən özbək əsilli Seyfullah Saipova qarşı terrorçuluq ittihamı irəli sürülüb.

 

APA-nın xəbərinə görə, bu barədə Nyu-Yorkun cənub dairəsi prokuroru Cun Kim özünün “Feysbuk” səhifəsində yazıb.

 

C.Kim qeyd edib ki, 29 yaşlı S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.

 

Qeyd edək ki, oktyabrın 31-də Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar.  Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar