Saxta alkoqol 16 can aldı
01 noyabr 2017 04:07 (UTC +04:00)

Saxta alkoqol 16 can aldı

0

Ekvadorda iki gün ərzində 16 nəfər metanoldan zəhərlənərək ölüb, 62 nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kütləvi ölüm halları metil spirtin əsasında hazırlanmış saxta alkoqol içkilərin qəbulundan sonra qeydə alınıb.    

 

Ekvadorda metanoldan zəhərlənmə halları ilk dəfə baş vermir. Belə ki, 2015-ci ildə analoji hadisə 25 nəfərin ölümünə səbəb olmuşdu.  

 

Qeyd edək ki, güclü zəhərli maddə hesab edilən  metanol kimya sənayesində, əsasən formaldegid və müxtəlif efirlərin istehsalında istifadə edilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar