Ermənistan prezidenti Armen Sarkisyan mayın 10-da köməkçisi vəzifəsinə Qevorq Melikyanı təyin edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, A.Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb.
Məlumata görə, Qevorq Melikyan tanınmış politoloq, Ermənistan İctimai Radiosunun efirində yayımlanan “Status-kvo” proqramının müəllifi və aparıcısıdır.